Azərbaycanın tarixi abidələri

Qədim tarixə malik Azərbaycan ərazisi 1000-dən çox tarixi abidəyə malikdir. Alban dövlətinin dövrünə aid çoxsayli abidələr bu günə qədər qorunub saxlanılmışdır.

Yusif ibn Kuseir və Möminə Xatun türbələri, Bərdədəki türbə, Cəbrayil rayonunun Xudafərin körpüsü, Qazax rayonundaki Sınıq körpü, Bakının simvolu olan Şirvanşahlar Sarayı Kompleksi, Mardakan, Nardaran və Ramanı qalaları, Pirsaatçay xanəgahı (dervişlər üçün ev), Şəki Xan Sarayı və s. Azərbaycan memarllığının ən yaxşi nümunələridir.

Hazırda Azərbaycanda 24 tarixi , memarlıq tarixi , arxeoloji tarixi,  mədəni və tarixi və  etnoqrafik ehtiyatlar vardır.

Azərbaycan YUNESKO-nun dünya irs mərkəzi ilə yaxından əməkdaşlıq edir və Bakının tarixi mərkəzi, Şirvanşahlar Sarayı və Qız Qalası 2000-ci ildə, Qobustan Mədəni-tarixi qoruğu 2007-ci ildə Dünya Miras Siyahısına daxil edilmişdir. Öncədən siyahıda yer alan daha iki abidə “Atəşgah” (oda yeri) və Naxçıvan Məqbərəsi haqqında məlumat Mərkəzə göndərilmişdir.

Yanar dağ

Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi. Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir.

İçərişəhər – Şəhər içində şəhər.

İstər səyyah, istərsə də şəhərimizin hər hansı qonağı paytaxtımızda hökm sürən əbədi bayram ab-havasına asanlıqla qatılır. Bunu səxavətli günəşimiz, arxitekturamızın qədim və müasir çalarları, ən əsasi isə ürəklərimizin genişliyi mümkün edir. Lakin bu əsl nağılın prelüdiyasıdır…

Qız qalası

Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır.

Qobustan Dövlət Tarix-Bədii Qoruğu

Qobustan Mezolit dövrü (e.ə. XII—VIII minillik) əhalisinin yaşayış məskənidir. Qobustan Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 km-də yerləşən dağlıq sahədir. Qobustanın torpağı gilli torpaqdır, yuyuntuya çox tez məruz qaldığından həmin ərazidə çoxlu xəndəklər, arxlar, qobular əmələ gəlmişdir. Ona görə də, həmin ərazinin «Qobustan» adlandırılması təbii sayılır.

Yusif ibn Küseyir türbəsi

Yusif ibn Küseyir türbəsi. Naxçıvan şəhərində, xalq arasında “Atababa günbəzi” adı ilə məşhur olan türbə 8 yüz illik yaşını tamamlamasına baxmayaraq, hələ də Naxçıvanın mərkəzində yüksəlir. Abidə yeraltı sərdabədən və yerüstü bürcvari hissədən ibarətdir. Sərdabə planda səkkizbucaqlı şəklindədir.

Nizami türbəsi (Wikipedia)

Nizami məqbərəsi — dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir. Tikili 20 m hündürlüyündə silindrik formada mərmər bina və ətrafındakı park ilə yeniləşmişdir.