Təbiət həyat mənbəyidir

Şair nə gözəl yazıb: təbiət ilhama çağırır məni! Həqiqətən də. Təbiət sehrli bir qüvvətək həmişə insanı özünə çəkmişdir. Məgər zirvəsi göylərə dirənən Şahdağın, yamyaşıl Talış, Pirqulu meşələrinin, Mil, Muğan düzünün, göz işlədikcə uzanıb gedən mavi Xəzərin, Göygölün, ayna bulaqların gözəlliyinə biganə qalmaq mümkünmü? İnsan təbiətin qoynunda olanda bütün yorğunluğunu, dərd-qəmini unudur, dünyanı qayğısız, pak təsəwür edir.

Təbiət həyat mənbəyidir. O bizə ilham verir, ruhumuzu oxşayır.

Ana təbiət Azərbaycandan öz səxavətini əsirgəməmişdir. Yer üzündəki iqlim qurşaqlarının doqquzuna çox da böyük olmayan respublikamızın ərazisində rast gəlmək mümkündür. Bu da Azərbaycanda flora və faunanın rəngarəngliyinə səbəb olur. Heç təsadüfi deyildir ki, Azərbaycanda bir bölgənin təbiəti digər bölgənin təbiətindən xeyli dərəcədə fərqlənir.

Azərbaycan dağlar ölkəsi kimi tanınır.

Azərbaycanın ərazisi Şimaldan Böyük Qafqaz, Qərbdən kiçik Qafqaz sıra dağları, Cənubdan isə Talış dağları ilə əhatə olunub. Hələ qədim dövrlərdən Abşeron yarımadasında sönməyən yanar ocaqlar mövcud olmuşdur. “Yanar dağ” adlanan yerdə torpağın təkindən qalxan alov dilimləri təbiətin möcüzəsi hesab edilir. Buna görə Azərbaycan həm də dünyada Odlar yurdu kimi tanınmışdır.

Palçıq vulkanlarının sayına və müxtəlifliyinə görə Azərbaycan dünyada birinci yeri tutur. Ölkəmiz müalicəvi əhəmiyyətli mineral sularla zəngindir. Buna görə Azərbaycan ərazisini “mineral sular muzeyi” adlandırırlar.

Ölkədə 8300-dən çox çay, 250-dən çox göl və su anbarı vardır. Kür və Araz Azərbaycanın ən böyük çaylarıdır. Bu çaylar Türkiyə dağlarından axıb gəlir, Azərbaycanın ərazisində birləşərək Xəzər dənizinə tökülür. Xəzər dünyanın ən böyük gölüdür. Ərazisi çox böyük olduğuna və dənizə aid bir çox xüsusiyyətlərinə görə onu dəniz adlandırırlar.

Azərbaycanın Göygöl, Maralgöl, Batabat kimi gözəl mənzərəsi olan gölləri çoxdur. 1139-cu ildə zəlzələ nəticəsində Kəpəz dağının ətəyində yaranan Göygöl təbiət möcüzəsidir. Su çox şəffaf olduğu üçün 13 metr dərinliyi görmək olur. Gölün suyu üç qatdan ibarətdir: şirin su qatı, keçid qatı, zəhərli kükürd qatı. Maraqlıdır ki, bunlar bir-birinə qarışmır. Göl sıx meşələrlə əhatə olunmuşdur.

Azərbaycanın bitki örtüyü çox zəngindir.

Respuba 4500 bitki növü vardır. Ölkədə dəmirağac, Eldar şamı, Saqqızağacı kimi qiymətli, nadir ağaclar bitir.

Vətənimizin gözəl və zəngin təbiəti hər bir insanı cəlb edir.

Yanar dağ

Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi. Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir.

Göygöl dövlət təbiət qoruğu

Göygöl dövlət təbiət qoruğu – Azərbaycanda yaranan ilk qoruqdur. 1925-ci ildə yaradılan bu qoruq Qafqazın şimal–şərq yamaclarında Göygöl rayonunun ərazisində yerləşir.Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin suvalr qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır. Ərazisi 6732 hektardır. Göygöl qoruğunun ərazisi dərin vadilər vasitəsilə bir çox tərkib hissələrə ayrılıb. Həmin vadilərdə kiçik, iti çaylar axır.

Şirvan Milli Parkı

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 05 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580,0 hektar olan  xüsusi mühafizə