Azərbaycanın dadlı mətbəxi

Azərbaycanın ləzzətli yeməkləri – turistlərin Odlar Yurdu’na gəldikdə kəşf etmək istədikləri ilk təamlardan biridir. Milli yeməklərin dadının və sağlam xüsusiyyətlərinin bütün dünyada tanındığınl nəzərə alsaq, bu heç də təəccüblü deyil.

Azərbaycan mətbəxi Şərq aləmində ən maraqlı mətbəxlərdən biridir. Ətirli otlar və ədviyyatlarla tamamlanan müxtəlif növ ət, balıq və tərəvəz yeməkləri ilə diqqəti cəlb edir. Azərbaycanı ziyarət edən ən təcrübəli qurmanlarbelə milli mətbəxin sadiq davamçılarına çevrilmişdir. Azərbaycan mətbəxinin məhsulları və yeməkləri orijinal və unikaldır.

Azərbaycan yeməklərin əksıriyyəti quzu, mal əti və quş ətindən hazırlanır. Azərbaycanlılar, digər müsəlmanlar kimi, donuz əti yemirlər. Doğranmış ətdən və əlbəttə ki, balıqdan, xüsusilə də nərə balığından hazırlanan yeməklər çox məşhurdur. Azərbaycanın mətbəxi bir çox tərəvəz növü ilə məşhurdur. Burada müxtəlif ədviyyatlar da istifadə olunur. Zəfəran Azərbaycanda çox məşhurdur: bu ədviyyə 50-dən çox milli xörəklərdə istifadə olunur! Un məmulatları arasında azərbaycanlılar uzun çörək və lavaşa (yastı çörək) – təndirdə bişmiş çörəklərə üstünlük verirlər.

Ənənəvi Azərbaycan səhər yeməyi şirin kərə yağı, müxtəlif növ ağ pendir, qaymaq, bal, konserv məhsulları, çay və kükü və ya göyərti ilə qayğanaqdan ibarətdir. Yerli səhər yeməyindən zövq aldıqdan sonra, Bakı qonaqları öz dadlı səyahətlərini dolma, plov, ləvəngi və əlbəttə ki, kabab dadaraq davam etməlidir.

Dolma – üzüm yarpaqları və ya tərəvəzlərə sarılmış təzə ət və içlikdən hazırlanan – Azərbaycana gəldikdə ilk dadmalı olduğunuz ilk təamlardan biridir. Azərbaycanlılar il boyu dolma yeyirlər; yazda və qışda üzüm yarpağından hazırlanmış dolma, yayda tərəvəz dolması və payız-qış aylarında kələm dolması. Bütün dünyada tanınmış ləzzət olan Plov, Azərbaycanda hər vacib məclisdə təqdim olunan bir təamdır.

Digər ağız sulandırıcı yemək isə ləvəngidir, qoz, soğan, şirin və turş quru meyvələr ilə doldurulmuş toyuq və ya balıqdan hazırlanır. Bundan əlavə, Azərbaycanın məşhur təzə, şirəli pomidoru, xiyarı, badımcanı və şirin bibəri ilə müşaiyət olunan məşhur Azərbaycan kababı burada mütləq dadılacaq növbəti təamdır. Bu yemək il boyu hər bir məclisdə yeyilir. Azərbaycanda olduqları müddətdə turistlər mütləq içərisinə döyülmüş ya ət, ya pendir və göyərti, ya balqabaq qoyularaq yağda qızardılan yarımdairə şəkilli xəmir bişmişi “yerli pizza” və ya qutab  adlanan yeməyin dadına baxmalıdır. Qutab həmişə ayranla, yəni duz və göyərti ilə qarışdırılmış soyuq qatıq içkisi ilə verilir. Ayran susuzluğu aradan qaldırmaq üçün ideal bir sağlam içkidir. Azərbaycan şirniyyatları başqa bir şeydir. Azərbaycan şirniyyatını bir dəfə dadan insanlar onun dadını unuda bilmirlər və hətta öz ölkələrində paxlava və şəkərbura bişirməyə çalışırlar. Ölkənin müxtəlif bölgələrinin özünə məxsus məşhur yeməkləri var. Bunlar Şəkinin   pitisi (sobada qapalı gil qabda bişmiş qoyun ətindən hazırlanan milli şorba), halvasıdır (şəkər, qoz-fındıq və ya toxumdan hazırlanan şərq şirniyyatı), Masallı və Lənkəranın ləvəngisidir ( qoz, soğan, şirin və turş quru meyvələr ilə doldurulmuş toyuq və ya balıq). Siz Qusarın çörək və qutabından (içərisinə döyülmüş ya ət, ya pendir və göyərti, ya balqabaq qoyularaq yağda qızardılan yarımdairə şəkilli xəmir bişmişindən) heç yerdə tapa bilməziniz! Azərbaycan mətbəxini, yəni dadlı kulinariya gəzintisini qaçırmaqla siz çox şey itirmiş olacaqsınız.