Azərbaycanın təbiət abidələri

Azərbaycan öz təbiəti ilə sizi özünə heyran edəcək. Burada yüksək dağlıq zonalar, düzənliklər, yarımsəhra və meşəlik, dəniz və çaylar var. Siz aşağıda sadalanan təbiət möcüzələrini görməkdən zövq alacaqsınız:
– Şimalda Böyük Qafqaz dağları, qərbdə və cənub-qərbdə Kiçik Qafqaz dağları, və cənub-şərqdə Talış dağları. Bazardüzü, Şahdağ, Babadağ, Dəlidağ və İlandağ – ən yüksək dağlar və dağ zirvələridir. Ölkəmizdəki ən yüksək zirvə Bazardüzüdür. Onun hündürlüyü 4,466 metrdir.
– Tanqa vadisi, Nehrəm vadisi, Yasamal vadisi, Girdimançay vadisi kimi vadilər
– Azıx mağarası və Keşikçidağ mağarası kimi qədim insan yaşayış yerləri
– Palçıq vulkanları
– Yanardağ və Atəşgah kimi əbədi alovlar
– Göllər və şəlalələr. Azərbaycanda Göygöl, Maralgöl və Batabat kimi gözəl mənzərələri olan bir çox göl var. Kəpəz dağının zirvəsində baş vermiş zəlzələ nəticəsində meydana gələn Göygöl bir təbiət möcüzəsidir. Göldəki su çox şəffaf olduğundan 13 metr dərinliyi belə görə bilərsiniz. Göl suyu üç qatdan ibarətdir: təbii su təbəqəsi, keçid təbəqəsi və kükürd zəhərli qat. Çox maraqlıdır ki, bu üç qat bir-biri ilə qarışmır. Gölün ətrafı sıx meşəlikdir.

Turistlər Xəzər dənizinin kurortlarında istirahət edir; onlar dalğıclıqdan, su xizəyindən, dalğalardan, gəmi gəzintilərindən zövq alırlar. Bədən formalarını yaxşılaşdırmaq istəyənlər Azərbaycanın çoxsaylı məşhur kurortlarını ziyarət edə bilərlər. Unikal mikroiqlimi sayəsində Lənkəran və Talış ən yaxşı balneoterapevtikl kurortlardan hesab edilir.

Göy-göl

Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Göygöl dövlət təbiət qoruğu Göygöl rayonu ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına

Şirvan Milli Parkı

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 05 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580,0 hektar olan  xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 4657,0 hektarında Şirvan Dövlət Təbiət Qoruğu