Azərbaycanın ikinci ən böyük şəhəri Nizami yurduna tur var üstəlik Gəncənin cənnəti Göygöl Maralgöl ekskursiyası daxil .
Baki-Gence-Goygol tur paketi 2 gunluk.
Qiymet: 50 manat

Turun proqramı

— Qiymətə daxildir —
• Komfortlu VIP nəqliyyat (Kondisionerli Sprinter)
• Hosteldə 1 gecə -2 gün
• Qidalanma (1 dəfə səhər yeməyi, 2 dəfə nahar yeməyi. Menyu ücün əlaqə saxlayin)
• Yerli bələdçi xidməti
• Foto çəkiliş (CD veriləcək)
• Əyləncəli oyunlar
• Şam yeməyi zamani restoranda Canlı musiqi.(Şam yeməyi daxil deyil)
• Yolboyu sərinləşdirici sular -cərəzlər.
• Gəncə şəhər ekskursiyası(Nizami Gəncəvi Məqbərəsi,İmamzadə ziyarətgahı, Xan bağı, Çökək hamam, Cavad Xan turbəsi , və məşhur Cavad Xan küçəsində gəzinti )
• Hacıkənd,Göygöl, Maralgöl turu.
• Baki-Gəncə,Gəncə-Baki,Gəncə daxili,Goygol ,Maralgol marşrutu üzrə nəqliyat daxildir.
–Qiymətə Daxil Deyil:–
• Göygölə və Maralgölə giriş biletləri
• Şam yeməyləri
Ətraflı məlumat üçün : 012 537 22 62 +99470 600 85 07 (WhatsApp) (050,055) 600 85 07
İnşaatçılar 6.Elmlər m/s

Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2015-ci ildə Bakının mərkəzindəki Nizami küçəsi dünyanın ən bahalı küçələri siyahısına daxil olub. Dövlət Statistika Komitəsinin 2014-cü ildə yaydığı məlumata əsasən, Azərbaycanda 30 beşulduzlu otel var və onların əksəriyyəti Bakıda yerləşir Şəhərin tanınmış otellərindən JW Marriott Absheronİnturist otelHilton BakuKempinski Hotel-BadamdarFour Seasons Hotel BakuFairmont BakuBulvar Hotel və Jumeirah Bilgah Beach Hotel-i qeyd etmək olar.

2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşüb. 2015-ci ildə Bakı Lonely Planet nəşrinin səyahət edilməli ən maraqlı məkanların reytinqində 7-ci sırada, New York Times qəzetinin “2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri” reytinqində isə 51-ci yerdə qərarlaşıb. 2016-cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşıb.

Bakının populyar turist məkanlarından Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhərBakı bulvarıDövlət Bayrağı MeydanıFəvvarələr meydanıAtəşgahŞəhidlər Xiyabanı və Bakı teleqülləsini qeyd etmək olar.

Bakıda 20-dən çox ticarət mərkəzi var. Onlardan Park Bulvar28 MallMetroparkNargiz Shopping CenterGanjlik Mall və Xaqani Ticarət Mərkəzini qeyd etmək olar.

Bakı ərazisində müxtəlif çimərliklər fəaliyyət göstərir. Onlardan Amburan və Şıxov çimərliyini qeyd etmək olar.

Gəncənin populyar turist məkanlarından Nizami məqbərəsiGəncə qapılarıŞah Abbas məscidiİmamzadə türbəsiButulkalı ev, Heydər Əliyev Parkı, Göygöl Milli Parkı və Cavad xan türbəsini qeyd etmək olar.

Şəhərin tanınmış otellərindən Ramada Plaza GenceVego HotelMy Way Boulevard HotelKarvansaray HotelCinema Boutique hotelDeluxe Hotel və Ganja Hotel-i qeyd etmək olar.

Gəncədə 5-dən çox ticarət mərkəzi var. Onlardan Ganja Mall, Xəmsə Mall, Tağıyev Mall və Aura Park Alış-Veriş və Əyləncə Mərkəzini qeyd etmək olar.

Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir.

  • Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir.
  • Uzunluğu 2800 metrdir.
  • Eni 800 metrdən 1000 metrə qədərdir.
  • Dərinliyi 96 metrdir.
  • Gölün görünmə qabiliyyəti 8-10 metrdir.

Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göy-gölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir. Göygöl Azərbaycanın ən dərin gölüdür. Göygölün suyunun bir hissəsi yeraltı çıxışı səbəbiylə Sevan gölünə daxil olur.

Göygöl dövlət təbiət qoruğu

Göy-Göl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir.

Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.

Göygöl dövlət təbiət qoruğu Göygöl rayonu ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Ərazidə Qafqaz maralı. ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq var.