Bakı və İçərişəhər turu

Qiymətə daxildir:

  • Nəqliyyat xidməti;
  • Tur Bələdçi;
  • Ekskursiyalar;
  • Foto çəkiliş;

Qeyd:

  • Qiymət 1 nəfərlik üçün hesablanıb.
  • Tarix Muzeyi əlavə ödəniş ilə biletlər: uşağ – 2 AZN, böyüklər-5 AZN
  • Müəllimə və ya qrup rəhbəri PULSUZ!
  • Bu turu sizə uyğun olan tarixlərə və gün sayına sifariş edə bilərsiniz.
  • Tarixdən asılı olaraq qiymət dəyişə bilər.
  • Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.

Turun tarixini dəyişmək və ətraflı məlumat üçün bizə müraciət edin.

Əlaqə məlumatları:
Tel: +(994 12) 493 00 60
Mob: +(994 50) 600 85 07, +(994 55) 600 85 07, +(994 70) 600 85 07
WhatsApp: +(994 70) 600 85 07, +(994 55) 600 85 07
Ünvan: Səməd Vurğun bağı. Nizami küç. 209F

“İçərişəhər”, xalq arasında həm də “Qala” və ya sadəcə “Qədim şəhər” kimi tanınan tarixi kvartal Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.

İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu – Azərbaycan xalqının mədəni irsinin nadir incisi,bir Azərbaycanlının qürur mənbəyidir.

Şirvanşahlar sarayı – Şirvanşahların Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa divanxana, Şirvanşahlar türbəsi,minarəsilə 1441 ci ilə aid saray məscidi, hamam və saray alimi Seyid Yəhya Bakuvinin türbəsi daxildir.

Miniatür Kitab Muzeyi– Muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilmişdir. Vitrinlərə 73 ölkədə nəşr edilmiş 3750 miniatür kitab düzülmüşdür. Muzeyin kitab fondunda isə 5300-dən çox miniatür nəşr var. Bunları muzeyin yaradıcısı Zərifə Salahova iyirmi ildən artıq müddətdə toplamışdır.

Qız Qalası – Ucalığı və bayır görkəmi ilə Abşeronun, eləcə də bütün Azərbaycanın müdafiə qüllələri içərisində tayı olmayan Qız Qalası. Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir.

Tarix Muzeyi – Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir.