Qeyzerlər ölkəsi İslandiyaya Xoş Gəlmisiniz! 🤩
Buyurun canlı cənnət şahidi sizdə olun 🤗
————-
Tarix:17.07.19-26.07.19
————-
🏤 Hotel Cabin 3*-1239€
🏤 Hotel Laxnes 3*-1264€
🏤Hotel Vellir 3*-1321€
————,,,
Qiymətə daxildir:
✈️Aviabilet-(gediş/dönüş)
🏤Otel(7 gecə 8 gün)
🥗Qidalanma(BB) 🚗Transfer
🗒️Viza
ℹ️Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.

Turun tarixini dəyişmək və ətraflı məlumat üçün bizə müraciət edin.

Əlaqə məlumatları:
Tel: +(994 12) 493 00 60
Mob: +(994 50) 600 85 07, +(994 55) 600 85 07, +(994 70) 600 85 07
WhatsApp: +(994 70) 600 85 07, +(994 55) 600 85 07
Ünvan: Səməd Vurğun bağı. Nizami küç. 209F

İslandiyaAtlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 103 min kv. km-dir.

İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarkatabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir.

İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 min nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98%-ni İslandlar təşkil edir. Onlar 10 əsrdir ciddi dəyişikliklərə məruz qalmayan İsland dilində danışırlar. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava dəşiykəndir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır.

Əlverişsiz iqlim qurşağında yerləşməsinə baxmayaraq, İslandiya turistlərin sevimli yerlərindəndir. Turistləri cəlb edən İslandiyanın oksigen anbarı olmasıdır. Reykyavikdəki İncəsənət muzeyi turistlərin diqqətini daim özünə cəlb edir. Bu muzeyi hər il 200 mindən çox turist ziyarət edir. Muzeydə incəsənətin bütün növlərini özündə əks etdirən sənət inciləri nümayiş etdirilir.