Lənkəran — Azərbaycan Respublikasının cənub bölgəsində şəhər. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir. Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkərançayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.

Lənkəran toponiminin haradan götürülməsi, onun mənası indiyə qədər mübahisəli olaraq qalır. Lənkəran və onun ətraf ərazilərinin qədimliyinə nişan verən sənədlərdən ən məşhuru yunan tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı bir kənd varmış. Strabon öz əsərində Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq olması haqqında məlumat vermişdir.

Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq lazımdır. 1409-cu ildə ərəb dilində yazılmış “Fərruxnameyi-cəmali” əsərinin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləqəbinə təsadüf edirik.

 

Lerik-Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur.

Lerik rayonu ərazisində 134 tarixi abidə, türbə, ziyarətgah qeydə alınmışdır. Bunların dördü ölkə əhəmiyyətlidir və ciddi qorunur. Son illər iki türbə – Babagil və Mir Məryəm ziyarətgahları ictimaiyyətin köməyi ilə təmir edilmişdir. Rayonun Mistan,Sivəkəran,Cəngəmiran, Hiveri, Veri, Şingədulan, Əvilə, Vistan, Nüvədi, Orand, Babagil, İyov və s. kəndlərindəki qəbiristanlıqlar Sənduqələr, qoç fiqurları, insan başına bənzər heykəllər, küp qəbirlərlə zəngindir.

Qalalar Lerikin nadir tarixi abidələrindəndir. Bunlar mühafizə məqsədilə tikilmişdir. Qız qalası Kekonu kəndi yaxınlığındadır. Yerdən hündürlüyü 150 metrə çatır. Qalanın zirvəsinə çıxmaq yalnız bir tərəfdən mümkündür. Zivəsində bürclər var. Oğlan qalası Qız qalasınnın yaxınlığında yerləşir. Qız qalasından bir vaxtlar saxsı borularla Oğlan qalasına boru çəkilib. Abidənin tarixi hələ mükəmməl öyrənilməmişdir. Rayonun ayrı-ayrı kəndlərində 30 türbə qeydə alınmışdır. Babagil tübəsi (XIV-XVI əsrlər) Lerik-Lənkəran yolu üstündədir, ölkə əhəmiyyətli tarixi abidədir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Babagil böyük nüfuza malik müdrik bir şəxsiyyət olub və burada dəfn olunub.

LƏNKƏRAN — Lerik TURU

Qiymət: 27 AZN ✳ Qiymətə daxildir ⤵️

✅ komfortlu nəqliyyat.

✅ Gülərüz tur rəhbəri.

✅ Səhər yeməyi.

✅ Çay süfrəsi.

✅ Fotosesiya.

✅ Yolboyu əyləncəli və hədiyyəli viktorinalar.

✅ Xəzərin sahilində nahar eləmək şansı

_________________________

Ekskursiyalar ⤵️

✅ Lənkəran Qala qapıları.

✅ Lənkəran Samovarı.

✅Lənkəran Tarix diyarşünaslıq muzeyinə ekskursiya.

✅ Lənkəran Xanbulan gölü.

✅ Lerik Relax istirahət mərkəzi

Qeyd: ✅ 5 yaşa qədər 1 uşaq pulsuz iştirak edə bilər. (avtobusda yer tutmadığı halda)

Toplanış:

Saat 06:30 Gənclik Mall-ın qarşısında.

Yola düşmə 07:00 -da.

Bakıya dönüş 23:00-dək.

——————————-