Azərbaycana gələn əksər turistlər mütləq Lahıca gəlməyə çalışırlar. Lahıc Böyük İpək Yolu beynəlxalq turist marşrutuna daxil edilmişdir. Qonaqların istiraəti üçün mehmanxana, qonaq evləri və restoranlar təklif edilir. Lahıc qəsəbəsi kimi qədim sənətkarlıq yurdu və açıq səma altında bir muzey həmişə diqqət mərkəzində olub və çiçəklənən Azərbaycan torpağının bir gözəl guşəsi kimi hər bir kəsi cəlb edir.

TirpAz Travel ənənə olaraq hər əftənin son günləri sizləri Lahıc turuna dəvət edir.

Tur məlumatları:

Tarix:
Paket: Standart paket
Qiyməti: 23 AZN

Tura daxildir:

  • Komfortlu nəqliyyat
  • Səhər yeməyi
  • Çay süfrəsi
  • Tur Rəhbəri
  • Professional foto çəkiliş (şəkillər CD və ya DVD disklərdə pulsuz olaraq veriləcək)
  • Maraqlı oyunlar və hədiyyələr

Ekskursiya:

  • Qədim Lahıc gəzintisi
  • 72 Otaqli evə (“Hacılar həyəti”) ekskursiya
  • Qədimi 7-məhəllələrdə gəzinti
  • Milli geyimlərdə foto çəkiliş
  • Lahic Şəlaləsinə ekskursiya

Qeyd:

  • Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
  • 5 yaşa qədər 1 uşaq pulsuz iştirak edə bilər (avtobusda yer tutmadığı halda).
  • Müəyyən səbəblərdən nəqliyyatın Bakıya çatması göstərilən saatdan gec və ya tez ola bilər.
  • Tarixdən asılı olaraq qiymət dəyişə bilər.
  • Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.

Turun tarixini dəyişmək və ətraflı məlumat üçün bizə müraciət edin.

Əlaqə məlumatları:
Tel: +(994 12) 493 00 60
Mob: +(994 50) 600 85 07, +(994 55) 600 85 07, +(994 70) 600 85 07
WhatsApp: +(994 70) 600 85 07, +(994 55) 600 85 07
Ünvan: Səməd Vurğun bağı. Nizami küç. 209F

Lahıc kəndi – Azərbaycanimizin dilbər guşələrindən olan İsmayıllı rayonu ərazisində yerləşir. Lahıc qəsəbəsinin ən möhtöşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahicın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunmuşdur. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən.Bu binanı Lahıc camaatı “Hacılar həyəti” də adlandırırlar.

Lahıc Tarix-Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına  daxil edilmişdir. Lahıca gələn istər yerli olsun, istər də xarici turistlər olsun, bu qədim abidəyə baxmamış buranı tərk etmirlər.

Lahıclılar əsasən misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və digər peşələrlə məşğuldurlar.

Bunları bütün dünyaya nümayiş etdirmək üçün göyləri lacivərd, havası saf, suları can dərmanı, küçələri izdihamlı dağ kəndi Lahıcda turizm mərkəzi yaradılması zəruridir. Hal-hazırda buraya çoxlu turistlər gəlir. İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan respublikamıza təşrif buyuranlar əsasən Lahıcda dincəlmək istəyirlər.  Onlar qəsəbənin daş döşəməli küçələrinə nə qədər heyrətləndirir. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin suayırıcındadır, hündürlüyü təqribən 1700 metrdir, dar və çətin keçiləndir.

Lahıc kəndi. Azərbasycan.
Azərbasycanın gözəl Lahıc kəndinə səyahət edin.
Azərbasycanın gözəl Lahıc kəndinə səyahət edin.
Azərbasycanın gözəl Lahıc kəndinə səyahət edin.
Azərbasycanın gözəl Lahıc kəndinə səyahət edin.
Azərbasycanın gözəl Lahıc kəndinə səyahət edin.
Azərbasycanın gözəl Lahıc kəndinə səyahət edin. Lahıc kəndin məşur Asma körpüsü.
Beautiful village of Lahij. Azerbaijan.
Lahıc kəndi. Azərbasycan.