1 Günlük Tur
1 gün

Qəbələ – Tufandağ turu
Əziz turistlərimiz, soyuq qış mövsümünün həftə sonlarına TripAz Travel-in qış turları ilə rəng qatın və bol əyləncəli, yadda qalan günlər yaşayın!

Paket: Standart paket
Tarix:
Qiymət: 20 AZN

Qiymətə daxildir:

  • Komfortlu nəqliyyat
  • Səhər yeməyi
  • Ekskursiyalar (Tufandağ Qış-Yay İstirahət Kompleksi)
  • Çay süfrəsi
  • Foto çəkiliş
  • Təcrübəli və Əyləncəli Tur Rəhbəri
  • Yolboyu Avtobusda əyləncəli oyunlar

Toplanış:

  • 07:00 Gənclik Metrosunun yanı
  • Qayıdış: 22:30 (Bakıya çatma)

Qeyd:

  • Kanat və xizəkdən istifadə, həmçinin kompleks ərazisindəki digər əyləncəli xidmətlər qiymətə daxil deyil.
  • 17 nəfərdən çox qruplar üçün fərdi turların təşkili (öz istəyinizə görə) mümkündür.
  • 0-5 yaş uşaqlar ödənişsizdir (Nəqliyyatda yer verilməzsə).
  • Tur zamanı spirtli içkilərdən istifadə etmək qəti qadağandır!

Turun tarixini dəyişmək və ətraflı məlumat üçün bizə müraciət edin.

Əlaqə məlumatları:
Tel: +(994 12) 493 00 60
Mob: +(994 50) 600 85 07, +(994 55) 600 85 07, +(994 70) 600 85 07
WhatsApp: +(994 70) 600 85 07, +(994 55) 600 85 07
Ünvan: Səməd Vurğun bağı. Nizami küç. 209F

Bakı ilə arasında məsafə 225 km, əhalisi 86300 nəfərdir.

Qəbələ şəhərinin tarixi çox qədimlərə dayanır. Arxeoloji qazıntı materialları göstərmişdir ki, Qəbələdə şəhər həyatı I əsrdən başlayaraq XVIII əsrədək davam etmişdir. Binalar daşdan, çiy və bişmiş kərpicdən tikilir bayırdan və içəridən bəzən üstü mina ilə örtülmüş gildən hazırlanan relyefli həndəsi ornamentlərlə bəzədilirdi. VIII-IX əsrlər mədəni təbəqəsində tikintidə, ehtimal ki, evlərin damını örtməkdə istifadə olunan qır parçalarına təsadüf olunur.

Tarixi Abidələri baxımından çox zəngindir.  Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır.

Ölkəmizdə xarici və yerli turistəri özünə cəlb edən şəhərlərdən olan Qəbələdə müxtəlif Hotel və İstirahət mərkəzləri tikilib istifadəyə verilmişdir. Bunlardan  Ay işığı, Sahil, Qafqaz Resort Hotel, Qafqaz Riverside Hotel, Qafqaz Sport Hotel,  Qafqaz Karvansaray Hotel və digər 4 və 5 ulduzlu mehmanxanaları misal göstərmək olar.

Tufandağ — Quba rayonu ərazisində dağ.

Baş Qafqaz silsiləsindədir. Hündürlüyü 4191 m. Yerli əhalinin məlumatma görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Dağ Tufan adı ilə də qeydə alınmişdır.

Bu zirvə Böyük Qafqaz suayncı üzərində yerləşib konusu xatırladır. Yura şistlərindən əmələ gəlmiş bu dağın hündürlüyü 4191 metrdir. İl ərzində ən çox tufan və çovğun olduğuna görə ona Tufan adı verilmişdir. Yayılmış dini rəvayətə görə guya Nuhun gəmisindən qopmuş parçalar bu dağdakı göllərə düşmüşdür. Ya­ğış, çovğun vaxtı həmin parçalar göllərin suyunun üzərinə çıxır, hava sakitləşəndə qeyb olur. Təbii ki bu sadəcə bir əfsanədir.

Təbiətlə Harmoniyada istirahət səfası..

Tufandağ Qış-Yay Turizm kompleksi Qəbələ şəhərindən 4 kilometr məsafədə yerləşir. Kurort qonaqlara təbiətlə harmoniyada müxtəlif ekstrim idman və turizm fəaliyyətlərindən zövq almağa imkan verir. Tufandağ kompleksi qış aylarında xizək sürmə, yay aylarında isə kanatla dağlara qalxma, ATV maşınlarla dağa qalxma və digər əyləncə növləri təqdim edilir.

Tufandağ Qış Mövsümündə

Xizək sezonu Tufandağda 15 Dekabrdan başlayaraq 31 Marta kimi davam edir. 100 günlük qış mövsümündə qonaqlar xizək sürmə, kanat yollarında gəzinti, qar motosikleti və qarda gəzinti kimi əyləncələrdən istifadə bilərlər. Tufandağ kompleksinin xizək yamacları 1000 metr şaquli eniş, 15 kilometrlik xizək yolları və 4 kanat xətti ilə qonaqlara unudulmaz anlar bəxş edir. Burada yeni xizək sürməyə başlayanlar və orta dərəcədə xizək sürənlər üçün yaşıl və mavi xizək yamacları, professional xizək sürənlər üçün isə qırmızı və qara xizək yamacları fəaliyyət göstərir. Burada təbii qarla yanaşı, mövsüm boyu fəaliyyət göstərən qar maşınları vardır ki, qarla örtülü xizək yamacları bütün sezon boyu qonaqlara unudulmaz xizək təcrübəsi yaradır. Kurortun daxilində yerləşən xizək mərkəzi xizək avadanlıqlarını kirayə etmək olar. Burada həmçinin professional instruktorlardan xizək dərsləri almaq mümkündür.

Tufandağ Yay Mövsümündə

Tufandağ qış-yay turizm kompleksi qış mövsümündə xizək sevərlərin ən sevdiyi məkan olmaqla bərabər, yay aylarında dağlarda gəzinti, təbiəti seyr etmək üçün kanatla gəzinti və aktiv istirahət etmək istəyənlər üçün ideal məkandır. Kanat xəttləri ilə gəzinti 5km-dən çox məsafədə və 4 stansiya (dayanacaq nöqtəsi) vardır. Bunlar L2 Riverside stansiyası hündürlüyü 956m-1660m, L4 Qəbələ kanat yolu hündürlüyü 1251-1660m, L5 Duruca kanat yolunun hündürlüyü 1251-1410m və L6 Yatmış Gözəl kanat yolunun hündürlüyü isə 1410-1920 metrdir.

Tufandağ - Qəbələ turu. Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi.
Qış sezonunda Qəbələ-Tufandağ turu. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində istirahət.
Qış sezonunda Qəbələ-Tufandağ turu. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində istirahət.
Qış sezonunda Qəbələ-Tufandağ turu. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində istirahət.
Qış sezonunda Qəbələ-Tufandağ turu. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində istirahət.
Qış sezonunda Qəbələ-Tufandağ turu. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində istirahət.
Qış sezonunda Qəbələ-Tufandağ turu. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində istirahət.
Qış sezonunda Qəbələ-Tufandağ turu. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində istirahət.
Qış sezonunda Qəbələ-Tufandağ turu. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində istirahət.