Tura daxildir:

Konfortlu nəqliyyat

Hoteldə gecələmə

Qidalanma (səhər yeməyi)

Gid bələdçi xidməti

Təbiət qoynuna, və tarixi abidələrə səfər.

 

Bakı ilə arasında məsafə 225 km, əhalisi 86300 nəfərdir.

Qəbələ şəhərinin tarixi çox qədimlərə dayanır. Arxeoloji qazıntı materialları göstərmişdir ki, Qəbələdə şəhər həyatı I əsrdən başlayaraq XVIII əsrədək davam etmişdir. Binalar daşdan, çiy və bişmiş kərpicdən tikilir bayırdan və içəridən bəzən üstü mina ilə örtülmüş gildən hazırlanan relyefli həndəsi ornamentlərlə bəzədilirdi. VIII-IX əsrlər mədəni təbəqəsində tikintidə, ehtimal ki, evlərin damını örtməkdə istifadə olunan qır parçalarına təsadüf olunur.

Tarixi Abidələri baxımından çox zəngindir.  Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır.

Ölkəmizdə xarici və yerli turistəri özünə cəlb edən şəhərlərdən olan Qəbələdə müxtəlif Hotel və İstirahət mərkəzləri tikilib istifadəyə verilmişdir. Bunlardan  Ay işığı, Sahil, Qafqaz Resort Hotel, Qafqaz Riverside Hotel, Qafqaz Sport Hotel,  Qafqaz Karvansaray Hotel və digər 4 və 5 ulduzlu mehmanxanaları misal göstərmək olar.