Əgər siz də əzizlərinizlə birgə həftəsonunu 5* oteldə keçirib və Şəkinin ləzzətli mətbəxindən dadmaq istəyirsinizsə, hər həftəsonu olmaqla Marxal Resort&Spa oteli sizin yolunuzu gözləyir!
Ekonom paketə daxildir (69 AZN-ə):
Komfortlu nəqliyyat xidməti (Neoplan və ya Mercedes Sprinter.)
5* Marxal Resort oteldə gecələmə
Qidalanma (2 dəfə səhər yeməyi) Çay süfrəsi
Ekskursiyalar:
Qəbələ Nohurgöl,Qəbələ Tufandağ kompleksi, Şəki Xan Sarayı, Karvansaray, Diyarşunaslıq muzeyi, Əl işləri emalatxanası, ƏliƏhməd halvası (alış-veriş) Tur rəhbəri
Foto çəkiliş
Yol boyu əyləncəli və hədiyyəli oyunlar
Standart paketə daxildir (95 AZN-ə):
Ekonom paketə daxil olanlar
Nahar yeməyi və Şam yeməyi
Qeyd: Qiymətə Fitness, Sauna, Nəm buxarı, Türk hamamı, Hovuz daxildir.
Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.

Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Şəki rayonunu haqlı olaraq Respublikanın memarlıq qoruğu adlandırırlar. Şəki xanlarının sarayı turistlərin qəlbində silinməz izlər buraxır. Bu saray xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşdirilməsini təcəssüm edən nadir nümunədir. Şəki xanlarının sarayının bir növ kiçildilmiş surəti olan qədim yaşayış binası da böyük marağa səbəb olur. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər, pəncərələrdəki zərif şəbəkə xüsusilə qiymətlidir. Evin mərkəzi zalını bəzəyən buxarının üzərində gözəl xətlə bu evə səadət və əminəmanlıq diləyən mətnlər yazılmışdır. Şəkidə XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı karvansaralar hələ də salamat qalmışdır. Yuxarı karvansaranın günbəzi Yaxın Şərqdə ən iri günbəzlərdən biridir Ağvanlar məhəlləsi, Arxüstü məhəlləsi,Çaqqaldərəsi məhəlləsi, Çökəkməhlə məhəlləsi, Dardoqqaz məhəlləsi, Daşlıpilləkən məhəlləsi, Dırrar məhəlləsi, Dolçalar məhəlləsi,Doqquzpara məhəlləsi,Gəncəli məhəlləsi, Yuxarıbaş məhəlləsi.