1 Günlük Tur
1 gün

1 günlük Şahdağ turu!

Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvanlar aləminin ekoloji  xəzinəsi… Bu, bütün cəh-cəlalı ilə Şahdağdır! İl boyu idmanla məşğul olmaq və istirahət etmək üçün çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bu müqayisə olunmaz məkanda regionun ən böyük xizək kurortu, dünyanın isə ən böyük milli parklarından biri yerləşir. Heyrətamiz dərəcədə gözəl, sanki zamandan gizlədilmiş cənnət olan Şahdağ insanlara unudulmayacaq təəssüratlar bağışlayır.

Tur məlumatları:

Tarix: – (1 günlük )
Paket: Standart paket
Qiyməti: 18 AZN

MARŞRUT Bakı/Quba/Şahdağ
TOPLAŞMA YERİ Gənclik m/s-nın yanı, T.Bəhrəmov stadionunun qarşısı
TOPLAŞMA VADTI Xahiş edirik 6:30 toplaşma yerində olasınız
TURA DAXİLDİR
Komfortlu Avtobus Səhər yeməyi
Çay və musiqi (disko ) Foto çəkiliş (limitsiz)
Tur Rəhbəri Maraqlı oyunlar və hədiyyələr
QİYMƏTƏ DAXİL DEYİL
Kanat və xizəkdən istifadə Nahar və Şam yeməyi
Digər əyləncəli xidmətlər
QADAĞANLAR Tur zamanı spirtli içkilər qəti qadağandır!
QEYD 10 nəfərdən çox qruplar üçün 1 şəxs ödənişsiz
0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməzsə).
5 yaşdan yuxarı tam ödəniş.

Bu turu sizə uyğun olan tarixlərə və gün sayına sifariş edə bilərsiniz. Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.

Turun tarixini dəyişmək və ətraflı məlumat üçün bizə müraciət edin.

Əlaqə məlumatları:
Tel: +(994 12) 493 00 60
Mob: +(994 50) 600 85 07, +(994 55) 600 85 07, +(994 70) 600 85 07
WhatsApp: +(994 70) 600 85 07, +(994 55) 600 85 07
Address: Garden of Samed Vurgun, st. Nizami 209F.

1

06:30-07:00 Toplaşma yeri

Gənclik m/s-nın yanı, T.Bəhrəmov stadionunun qarşısı
2

10:00-10:30

Səhər Yeməyi
3

10:30-11:30

Quba – Şahdağ yolu
4

11:30-12:00

“Şahdağ Qış-Yay Turizm kompleksi”nə giriş
5

16:00 Toplaşma

Xahiş edirik avtobusun yanında toplaşın
6

17:30-19:00 Əyləncə

Çay süfrəsi və diskoteka
7

19:00 - 21:30

Quba – Bakı yolu ( yol üstü Beşbarmaqda fasilə )
8

21:30 - 22:00 Bakıya qayıdış

Gənclik m/s-nın yanı, T.Bəhrəmov stadionunun qarşısına çatdırılma

İl boyu istirahət və dünya standartlarına uyğun keyfiyyətdə xidmət təklif edən Şahdağ Qış-Yay Turizm Kompleksi Azərbaycanın ən gözəl regionlarından birində, Qusar şəhərinin 25 kilometrliyində yerləşir.

Qonaqlar turizm mərkəzinin ərazisində dəbdəbəli hotellərdə, fərdi kənd evlərində, kotteclərdə və hətta, yay mövsümündə çadırda gecələmək kimi müxtəlif istirahət növləri arasında seçim edə bilərlər.

Qış mövsümü ərzində müxtəlif səviyyəli xizəkçilərin öhdəsinə 19 ədəd yamac verilir. Peşəkar xizəkçilik məktəbi və xizəklərin icarəsi mağazasında qonaqların hər bir ehtiyacını qarşılamaq üçün hər cür ləvazimat və məsləhət təklif edilir. Ən son texnologiyalı qar aparatı ilə təchiz olunmuş müasir xizək məntəqələri il boyu mükəmməl qar şəraitini təmin edir.

Digər qış idman əyləncələrinə aeroxizək sürmə, kanatla dağa qalxma, qarda sürüşmə, tübinq və uşaqlar üçün qar parkı daxildir. İsti yay aylarında dağda velosiped, tronttinet sürmə, kanatla dağa qalxma, at sürmək, kvadrosikllərdə gəzinti, peyntbol, Bob Kart, ziplayn və daha bir çox əyləncələrdən istifadə etmək mümkündür. Balacalar üçün də uşaq klubu və şardan qalalar, eləcə də başqa əyləncələr təşkil olunur.

Layihənin gedişatında istirahət zonasına həmçinin, qolf, tennis, futbol və basketbol meydançaları, eləcə də akvapark, üzmə hovuzları, spa və əyləncə məkanlarının da daxil edilməsi planlaşdırılır. İstirahət mərkəzinin əsas ticarət kompleksində bir sıra geyim dükanları, restoranlar və geniş yeraltı avtodayanacaq istifadəçilərin xidmətinə təqdim olunur.

Quba-Şahdağ Turu. Qış sezonun turlarına start verildi!
Bakı-Quba-Şahdağ Turu. “Şahdağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə.
Bakı-Quba-Şahdağ Turu. “Şahdağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə.
Bakı-Quba-Şahdağ Turu. “Şahdağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə.
Bakı-Quba-Şahdağ Turu. “Şahdağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə.
Bakı-Quba-Şahdağ Turu. “Şahdağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə.
Bakı-Quba-Şahdağ Turu. “Şahdağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə.
Bakı-Quba-Şahdağ Turu. “Şahdağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə.
Bakı-Quba-Şahdağ Turu. “Şahdağ Qış-Yay Turizm kompleksi”ndə istirahət və əyləncə.